Qadın voleybolçuların dünya çempionatında Bakıda keçiriləcək qrup oyunlarının təqvimi bilinib

Qadın voleybolçuların dünya çempionatında 2-ci təsnifat mərhələsinin təqvimi dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, Bakıda keçuruləcək “E” qrupunun görüşlərinin başlama günü, saatı və məkan yeri açıqlanıb. Matçlar yenidən Bakı İdman Sarayında təşkil olunacaq.

2-ci ələmədə 36 milli 6 qrupda mübarizə aparacaq. Qaliblər birbaşa həlledici mərhələyə çıxacaqları halda, 2-ci yerlərin sahibləri 3-cü təsnifatda pley-off oynayacaqlar. Bu mərhələ 6 komandanın iştirakı ilə dairəvi sistemlə 1 dövrədən ibarət olacaq. İlk 2 yeri tutacaq komandalar final mərhələsinə adlayacaqlar.

“E” qrupu 

30 may

15:00. Danimarka – Niderland
17:30. Azərbaycan – Norveç
20:00. İsrail – Ukrayna

31 may

15:00. Niderland – Norveç
17:30. Ukrayna – Azərbaycan
20:00. Danimarka – İsrail

1 iyun

15:00. Norveç – Ukrayna
17:30. Azərbaycan – Danimarka
20:00. İsrail – Niderland

2 iyun

15:00. Danimarka – Norveç
17:30. İsrail – Azərbaycan
20:00. Niderland – Ukrayna

3 iyun

15:00. Norveç – İsrail
17:30. Azərbaycan – Niderland
20:00. Ukrayna – Danimarka

Həmin kateqoriyadan