Qadınlarda “Odlar Yurdu” 2-ci, kişilərdə 3-cü olub

Antalyada klubların Avropa kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, bu rəqabətdə qadınlar arasında “Odlar Yurdu” komandası 2-ci yeri tutub. Eyni adda kişi şahmatçılarımızdan ibarət klub bürünc medallarla kifayətlənib.

Rusiyanın kişilərdən ibarət “Qlobus” komandası (xatırladaq ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov da bu komandanın heyətində çıxış edirdi) 12 xalla kuboka yiyələnib.

Turnirin qalibləri və mükafatçıları 7 turun yekuna əsasən İsveçrə sistemi üzrə müəyyən edilib.

Həmin kateqoriyadan