Qadınların mübarizəsində şahmat millilərimiz rəqiblərini quru hesabla məyus ediblər

Bu gün “Büllur saray”da 42-ci Ümumdünya Şahmat olimpiadası başlayıb. Allsport.az saytı xəbər verir ki, qadınların mübarizəsində şahmat millilərimiz rəqiblərini quru hesabla məyus edib. İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarətdir. Matç günləri 2-6 sentyabr və 8-13 sentyabrdır. Ayın 7-si olimpiadada istirahət günüdür. İlk 10 tur Bakı vaxtı ilə saat 15:00-da, sonuncu – 11-ci tur isə saat 11:00-da start götürəcək.

Nikaraqua – Azərbaycan-1 (0:4)

Katya Mendeta – Zeynəb Məmmədyarova 0:1
Mariya Qranados – Gülnar Məmmədovdur 0:1
Pamela Alarkon – Aydan Höcətova 0:1
Mariya Moraqa – Nərmin Kazımova 0:1

Yaponiya – Azərbaycan-2 (0:4)

Mirai İşizuka – Türkan Məmmədyarova 0:1
Karen Xoşino – Xəyalə Abdulla 0:1
Azumi Sakai – Ülviyyə Fətəliyeva 0:1
Misaki Şibata – Nərgiz Umudova 0:1

Lesoto – Azərbaycan-3 (0:4)

Maboloko Leboela – Nərminə Məmmədova 0:1
Tisetso Xatane – Xanım Balacayeva 0:1
Nqatane Liketsenq – Gövhər Beydullayeva 0:1
Natali Makferson – Aynur Kətanova 0:1

 

Həmin kateqoriyadan