Qafur Rəhimov: AİBA olimpiya hərəkatına və olimpiya dəyərlərinə həmişə sadiq qalıb

AİBA olimpiya oyunları proqramında boksun statusunun bərpası üçün BOK-la işləməyə hazırdır. Allsport.az saytı xəbər verir ki, bunu assosiasiyanın prezidenti Qafur Rəhimov deyib. BOK bu idman növünü Tokio-2020-dən çıxarılmasını qərara alıb. AİBA barəsində araşdırma başlayandan sonra qəbul edilən bu qərar həmin qurumun fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilər. Çünki idarəçilik, maliyyə və antidopinq məsələlərinə həsr olunmuş məruzəsi BOK-u razı salmayıb.

Təşkilat hakimlik və antidopinq sahəsində AİBA-nın inkişafa nail olduğunu etiraf edib, amma qeyd edib ki, maliyyə, idarəçilik və etika sahələri, o cümlədən özbəkistanlı mütəxəssisin quruma başçısı vəzifəsinə təyin olunması hələ də suallar doğurur, çünki funksionerə ABŞ maliyyə nazirliyinin sanksiyaları tətbiq edilib və o, beynəlxalq cinayətkar şəbəkə ilə əlaqədar olmaqda şübhəli bilinir. Qafur Rəhimov deyib:

“Hərtərəfli iş apardığına görə BOK İcraiyyə Komitəsinə təşəkkür edirəm. Əmin etmək istəyirəm ki, AIBA problemlər müşahidə olunan bütün sahələrdə nöqsanları aradan qaldırır. AİBA olimpiya hərəkatına və olimpiya dəyərlərinə həmişə sadiq qalıb. Mən ilə ABŞ hakimiyyət orqanları arasında yaranmış vəziyyətə gəldikdə, mənimlə çalışan hüquqşünaslar durumu düzəltmək üçün hər cür səy göstərirlər.

O ki qaldı AIBA-nın maliyyə durumu ilə bağlı məsələlərə, olimpiya komitəsindəki dostlarımızı əmin edirəm ki, xərclər xeyli azaldılandan, yeni sponsorlar cəlb olunandan, yarışlarımıza etibarlı şəhərlərin ev sahibliyi etməsi təmin olunandan və əvvəlki tərəfdaşlarla danışıqlardan sonra biz böyük tərəqqiyə nail olmuşuq.

BOK təşkilatı araşdırmaq üçün icraiyyə komitəsinin üzvü (həm də Dünya Güləş Birliyinin prezidenti) Nenad Laloviçin başçılığı ilə xüsusi komitə yaradıb. 2020-ci ilin olimpiya oyunlarında boks idmanı barədə qəti qərar BOK-un 2019-cu ildə Lozannada nəzərdə tutulan növbəti sessiyasında qəbul ediləcək.

Həmin kateqoriyadan