Qalaltıda səmti müəyyən edənlərin təlim-məşq toplanışı olacaq

Oktyabr 11-də Şabran rayonunun Qalaltı meşə zolağında səmti müəyyən etmə üzrə təlim-məşq toplantısı olacaq. Allsport.az saytı xəbər verir ki, kişi və qadınların hazırlığında elektron qeydolunma sisteminin tətbiqi nəzərdə tutulub.

İdmançılar iştirak üçün federasiyanın elektron ünvanına müvafiq sifariş formasını doldurmalıdırlar. Məşqin start vaxtı və gediş-gəliş üçün nəqliyyat barədə qarşıdakı günlərdə SMEF-in facebook səhifəsində məlumat veriləcək.

Həmin kateqoriyadan