“Qala”nın finaldakı rəqibi bəlli oldu

Basketbol üzrə ölkə çempionatının “The Club Port Baku”nun idman zalında keçirilən yarımfinal oyunları başa çatıb. Allsport.az xəbər verir ki, NTD ilə AzTOP klubları arasında üçüncü qarşılaşmadan sonra “Qala” komandasının rəqibi bəlli olub.

Bütün oyun ərzində NTD kollektivinin güclü müqavimətinə baxmayaraq, təcrübəli AzTOP basketbolçuları dördüncü hissənin sonunda qələbə qazanmağa nail olublar. Oyun 73:64 (17-19, 14-10, 16-16, 26-19) hesabı ilə başa çatıb.

Qeyd edək ki, final görüşü aprelin 18-də oynanılacaq.

Həmin kateqoriyadan