Medal qazanan pəhləvanlar «Umbro»nun idman geyimlərinə sahib olur

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində sərbəst və yunan-Roma güləşçiləri arasında Azərbaycan çempionatı başlayıb.

Allsport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda idman cəmiyyətləri, klubları və təşkilatları, şəhər-rayon milli komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq. Həmin pəhləvanlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.

Bu gün federasiyanın rəsmi fecebook səhifəsində qalib bahadırlara veriləcək idman formalarının fotosu yayılıb. Həmin idman dəstləri İngiltərənin məşhur «Umbro» şirkətinin istehsalıdır.

Həmin kateqoriyadan