Qalib “Xəzər Lənkəran”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 7-ci “Zirvə” beynəlxalq uşaq oyunlarında növbə çimərlik futbolçularına çatıb. Allsport.az saytı xəbər verir ki, AAAF park Astarada xüsusi qurulmuş çimərlik futbolu meydançasında paytaxt və regionu təmsil edən 10 komanda iki gün ərzində medal mübarizəsi apardı.

Maraqlı qarşılaşmalar, baxımlı oyun, gözlənilməz nəticələr yarışa rəng qatdı. Komandalar həm gözəl oyunları ilə fərqləndilər, həm də “Zirvə” oyunlarının böyük əhəmiyyəti olduğunu ortaya qoydular. Yarışda iştirak edən gənc futbolçular arasında böyük perspektivi olanlarının sayının çoxluğu bunu deməyə əsas verir.

Yüksək təşkilatçılıqla müşayiət olunan futbol turnirində bürünc medal “Xırdalan-Zirvə” komandasına qismət oldu. Finalda isə “Lənkəran-Zirvə” ilə “Xəzər-Lənkəran” üz-üzə gəldi. Matç bol qollu oldu, qarşılıqlı hücumlar şəraitində keçdi. Sonda rəqib qapısına daha çox yol tapan “Xəzər Lənkəran” qızıl medallara sahib çıxdı. Mükafatçılara medal, sertifikat və xatirə hədiyyələri təqdim olundu.

Həmin kateqoriyadan