“Qara bazar”a qarşı erkən məhdud bilet satışı

Çempionlar liqasının 3-cü təsnifatında Qarabağ” – BATE klubları arasında ilk oyunun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almaq üçün, ilkin mərhələdə yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq “iTicket.az” saytından əldə etmək olar.

Alış zamanı şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Şatış məntəqələri:
1. Qarabağ FK Fan-şop
2. Tofiq Bəhramov adına Respublika stadionun kassalarında
3. İticket.az (onlayn)

“Qarabağ” – BATE matçı avqustun 7-də saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan