Qara Qarayev: “Ən vacib olan psixoloji və fiziki cəhətdən hazır olmaqdır”

Sabah “Qarabağ” qitə liqasının “A” qrupunun 3-cü turunda Kiprin APOEL klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün oyunla bağlı Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında futbolçumuz Qara Qarayev bunu söylədi:

“Bu oyuna yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur. Tam gücümüzlə hazırıq. Ən vacib olan psixoloji və fiziki cəhətdən hazır olmaqdır. Əlimizdən gələni edəcəyiki ki, azarkeş amilindən yararlanaq və yaxşı nəticə göstərək”.

Həmin kateqoriyadan