Qara Qarayev: Bizə qarşı ədalətsizlik etdilər

«Rəqib futbolçular düz etmədilər. Onlar qolun təmiz olması barədə hakimlərə öz fikirlərini söyləməliydilər». Bu açıqlamanı allsport.az saytına «Qarabağ»ın müdafiəçisi Qara Qarayev dedi.

Avroliqanın qrup mərhələsində evdə «İnter»lə 0:0 oynayan Ağdam təmsilçisi, pley-offa çıxaq şansını qaçırdı. Milli futbolçu bildirdi ki, onlar italiyalıların yerinə olsaydı, ədalətli davranardılar:

«Qol anında qarmaqarışıqlıq oldu. Yan xətt hakimi səhv edə bilərdi. Biz olsaydıq, rəqibə kömək edərdik. «İnter» onsuz da heç nə itirmirdi. Onlar vəsiqəni özlərinə birinci yerlə təmin etmişdilər. Əvəzində, biz halal qələbəmizdən olduq. Nə deyim, ədalətsizlik oldu».

Həmin kateqoriyadan