Qara Qarayev: Liderə qarşı oynamaq çətin və məsuliyyətlidir

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Topaz premyer liqasının 15-ci turunda “Neftçi” ilə oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, milli futbolçu matçın ağır keçəcəyini söyləyib.

: “Komandada hər kəs oyuna hazırdır. Heyətimizdə ciddi problem yoxdur. Deyərdim ki, son illərin ən yaxşı “Neftçi”sinə qarşı oynayacağıq. Biz futbolçular hər zaman çempionatda belə oyunları gözləmişik ki, belə matçların sayı artsın.

Tarixi oyunlardan biridir. Təlim-məşq toplanışını yaxşı keçmiş sürətli komanda ilə qarşılaşacağıq. “Neftçi” çempionatda liderdir. Liderə qarşı oynamaq çətin və məsuliyyətlidir. Ümid edirəm ki, bu oyuna yaraşan şəkildə çıxış edəcəyik”.

Həmin kateqoriyadan