“Qara-qırmızılar” Gürcüstanda yerli “Dila” və “Sioni” klubları ilə yoxlama matçı keçirəcək

“Qəbələ”nin Gürcüstan toplanışında qarşılaşacağı rəqiblərin adları bəlli olub. Allsport.az xəbər verir ki, Roman Qriqorçuk komandasını yerli “Dila” (Qori) və “Sioni” (Bolnisi) klubları ilə yoxlama oyunlarında sınaqdan keçirəcək.

“Qara-qırmızılar” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Həmin görüşlər iyunun 18, 22 və 26-da baş tutacaq.

Həmin kateqoriyadan