“Qara-qırmızılar” üçün fursət

Bu gün qadın voleybolçular arasında ölkə Super Liqasında 4-cü turun daha bir matçı baş tutacaq. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionluğuna iddialılardan sayılan “Azəryol” autsayder “Telekom”la görüşəcək.

Mütəxəssislər adı çəkilən oyunda “xallı bəbirlər”in asan qalib gələcəyinə şübhə etmirlər. Qələbə “qara-qırmızılar”ı yarış cədvəlində 2-ci pilləyə yüksəldə bilər.

Həmin kateqoriyadan