YENİLƏNİB
«Azəryol» Çex klubunu Bakıya gəlməyə peşman etdi

Bu gün qadın voleybolçuların Avropa Çempionlar Liqasında «Azəryol» klubu «B» qrupunda növbəti oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, «xallı bəbirlər» 3-cü turda doğma divarlar arasında Rumıniyanın «Ştiinta» kollektivini qəbul edib.

Aleksandr Çervyakovun komandası autsayderə sərfəli nəticə ilə qalib gələrsə, yarış cədvəlində mövqeyini yaxşılaşdıra bilər. Çünki indiki durumda «sarı-lacivərdlilər»in növbəti mərhələyə adlaması bəllidir. Belədə, «qara-qırmızılar» yalnız 2-ci yerə ümid bəsləyə bilər. Sevindiricidir ki, «Azəryol» bu vəzifənin öhdəsindən gəlib.

1.«Fənərbağça» (Türkiyə) – 9 xal; 2.«Azəryol» (Azərbaycan) – 5; 3.«Nant» (Fransa) – 4; 4.«Ştiinta» (Rumıniya) – 0.

Avropa Çempionlar Liqası, 3-cü tur
10 dekabr, «B» qrupu

18:00. “Azəryol” (Azərbaycan) – “Şiitinta” (Rumıniya) – 3:0 (27:25, 25:10, 25:23)
Hakimlər: Borislav Pobornokov (Bolqarıstan), Tiit Koyv (Estoniya)
Bakı. Voleybol Mərkəzi

Həmin kateqoriyadan