“Qara-qırmızılar”ın tarixində 600-cü qol

“Qəbələ” tarixində 600-cü qolu vurub. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqasının 2-ci turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. 40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, 1-ci dəstədə oynadığı vaxt keçirən komandamız premyer liqada 409, 1-ci dəstədə 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib.

Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

Həmin kateqoriyadan