“Qarabag” 1-ci dövrəni lider kimi bitirdi

Bu gün Topaz Premyer liqasının 9-cu turuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Bakcell Arena”da paytaxt komandaları – “Neftçi” və “İnter” üz-üğ gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qapılara qol vurulmayıb.

Son ölkə çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Xəzər Lənkəran”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə Ağdam təmsilçisinin 3:2 hesabı ilə qalib gəlib.

Bu uğur sayəsində “Qarabag” yarış cədvəlində liderliyə yüksəlib və ölkə çempionatnın 1-ci dövrəsini üstün tamamlayıb.

Həmin kateqoriyadan