“Qarabağ” 1/2 finalın ilk oyununa darmadagınla başladı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, “İnter”lə “Qarabağ” arasında mübarizə məhsuldar keçib. Kubokda 3 dəfə yolları kəsişən komandalar daha öncə 5 oyunda qüvvələrini sınamışdılar. 1/8 və 1/4 finala təsadüf edən qarşılaşmalarda 2 oyunun yekununda “İnter” qalib gəlmişdi.

Yeganə final matçında isə “Qarabağ” üstün olmuşdu. 7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdırırlar. Budəfəki rəqabətdə Ağdam klubu cütün taleyini elə ilk oyunda, özü də səfərdə həll edib. “İnter” çətin ki, səfərdə 4 cavabsız qolun əvəzini çıxa bilsin. Bu üzdən də “Qarabağ”ı indidən finalda hesab etmək olar.

Həmin kateqoriyadan