“Qarabağ” 2064 gündən sonra yenə böyük hesabla uduzub

Topaz premyer liqasının 27-ci turu son 5 mövsümün çempionu “Qarabağ”ın böyük hesablı məğlubiyyəti ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk belə acınacaqlı məğlubiyyət alıb.

“Köhlən atlılar” sonuncu belə yenilgisi 2012/13 mövsümünə təsadüf edib. “Qarabağ” 2012-ci il sentyabrın 16-da səfərdə AzAL-a 2:6 hesabı ilə uduzub. Ağdam təmsilçisi 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzub.

Həmin kateqoriyadan