“Qarabağ” 4-cü oldu

Premyer liqanın 1-ci dövrəsini öndə başa vuran “Qarabağ” 7 oyunda 7 qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir.

İndiyədək qeydə alınan 6 belə hadisəyə 3 komanda nail olub: “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqləniblər.

“Qarabağ” isə bunu bacaran 4-cü klub olub. Sonuncu belə seriya 12 il əvvələ təsadüf edib. Həmin vaxt “Xəzər Lənkəran” çempionata ardıcıl 7 qələbə ilə başlayıb.

Həmin kateqoriyadan