“Qarabağ” ailəsinin üzvləri Əmrah Çəlikəl və Qurban Qurbanov Xocalı faciəsi barədə nə deyiblər?

“Qarabağ” azarkeşlərinin təşəbbüsü ilə bu gün Xocalı faciəsinin 25-ci il dönümüylə əlaqədar Şəhidlər Xiyabanına yürüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə klubun direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov və futbolçu Vüqar Nadirov da iştirak edib. Yürüş zamanı Xocalı faciəsi ilə bağlı məlumat verilib, Vətənimiz üçün canından keçən şəhidlərimizin məzarına qərənfillər düzülüb.

Qurban Qurbanov faciə haqda fikirlərini bildirib: “Əlbəttə ki, bu gün heç birimizə xoş olan bir gün deyil. Bu qədər həmyerlimiz, analarımız, bacılarımız, belə deyək, bizim xoşbəxt olmağımız üçün öz canlarından keçiblər. Bu gün bizim üçün həqiqətən də ağırdı. Biz ancaq dualarımızla dünyasını dəyişən insanlara kömək edə bilərik. Bu gün komandamızla, azarkeşlərimizlə birlikdə öz şəhidlərimizi yad etməyə gəlmişik. Allah rəhmət eləsin, dünyasını dəyişənlərin yaxınlarına səbr versin”.

Əmrah Çəlikəl öz növbəsində, faciə haqda öz fikirlərini bildirib: “Bu gün çox üzüldüyümüz günlərdən biridir. Belə günlərdə bir yerdə olmaq lazımdır. Biz də buna görə burdayıq. Bir olduğumuzu, gücümüzü göstərmək üçün bura gəlmişik”.

Həmin kateqoriyadan