“Qarabağ” Albaniya çempionunun “Dalğa arena”da qəbul edəcək

“Qarabağ” çempionlar liqasının ilk ələməsində “Partizani” (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, görüş “Dalğa arena”da keçiriləcək. Qurban Qurbanovun komandasının 2-ci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyulda Avropa gənclər yay olimpiya festivalının ölkəmizdə keçirilməsidir. Tədbirin bir neçə yarışı məhz Tofiq Bəhramov adına respublika stadionunda gerçəkləşəcək.

1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Həmin kateqoriyadan