“Qarabağ” Antalyada son məşqinə çıxıb

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komandamız son məşqinə çıxıb. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürən məşq təxminən 90 dəqiqə davam edib. Futbolçularımız taktiki və toplu çalışmaları yerinə yetirib.

Qeyd edək ki, “Qarabağ”ımız sabah iki yoxlama oyunu keçirəcək. Komandamız günün ilk matçında Qazaxıstanın “Atırau”, ikinci matçında da Polşanın “Termalika” klubuyla qarşılaşacaq. İlk oyunumuz Bakı vaxtıyla 16:30, ikinci matçımız isə 18:30-da start götürəcək və hər iki qarşılaşma “Youtube” kanalımız vasitəsiylə canlı yayımlanacaq.

Həmin kateqoriyadan