“Qarabağ” APOEL ilə oyun üçün Kiprə yollandı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə keçirəcəyi oyun üçün Kiprin Larnaka şəhərinə yollanıb.

Allsport.az xəbər verir ki, komanda səfərə çarter reysi ilə yola düşüb.

Noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Həmin kateqoriyadan