“Qarabağ” ardıcıl 5-ci dəfə çempion oldu, “Neftçi” kubok yenilgisinin əvəzini “Qəbələ”dən çıxdı

Bu gün Topaz premyer liqasında 24-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə öncə “Səbail” paytaxtda “Kəpəz”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər.

“Qəbələ” bir neçə gün əvvəl kubokun yarımfinalında mübarizədən kənarlaşdırdığı “Neftçi”nin qonağı olub. Hesabı ev sahibləri açıblar. Oyunun 63-cü dəqiqəsində Tərlan Əhmədovun komandası azlıqda qalıb. Buna baxmayaraq, diqqətlə müdafiə olunan “ağ-qaralar” üstünlüyü sonadək qoruyub (1:0).

Eyni hesabla “Qarabağ” Sumqayıtda eyni adlı klubu məyus edərək, ardıcıl 5-ci, ümumən 6-cı çempionluğunu bayram edib.

Həmin kateqoriyadan