“Qarabağ” – “Arsenal”: 30 min bilet satılıb

Avropa liqasının “E” qrupunda “Qarabağ” – “Arsenal” (İngiltərə) klubu arasında oyuna bilet satışı davam edir.

Allsport.az saytı xəbər verir ki, artıq görüşə gəlmək istəyənlərin sayı 30 mini keçib.

Qiymətlər 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir. Matç oktyabrın 4-də saat 20:55-də başlayacaq.

Həmin kateqoriyadan