“Qarabağ” – ”Arsenal” matçına satılan biletlərin sayı 55 minə çatıb

Avropa liqasında “Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında oyuna satılan bilet sayı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, indiyədək görüşə gəlmək istəyənlərin sayı 55 minə çatıb.
Matçın keçiriləcəyi Bakı olimpiya stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Qiymətlər 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop (“Park Bulvar”), iTicket kassaları, Sumqayıt şəhəri (“ASAN Xidmət”), “28 Mall” və “Gənclik Mall”dan almaq mümkündür.
Qeyd edək ki, oktyabrın 4-də oyun saat 20:55-də başlayacaq.

Həmin kateqoriyadan