Qarabağ atı idman sahəsində də uğurlar qazanır

Təmizqanlı Qarabağ cinsli atların beynəlxalq səviyyədə idman atları kimi tanıdılması istiqamətində Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən 2009-cu ildən etibarən ardıcıl tədbirlər həyata keçirilir. Allsport.az xəbər verir ki, bu tədbirlərin nəticəsi olaraq milli atçılıq tarixində ilk dəfə bu ilin 24 iyulunda Rusiya Federasiyasının Ryazansk şəhərində 80 km məsafəyə təşkil olunmuş beynəlxalq yarışda (endurance) Qarabağ atı uğurla iştirak edib.

“Günay” atçılıq təsərrüfatına məxsus 7 yaşlı “Gafaglı MNM” ləqəbli Qarabağ atı ilə çıxış edən rusiyalı idmançı Maya Novikova yarışları 5-ci yerdə başa vurmağa müvəffəq olub.

2015-ci ilin 29 avqustunda “Gafaglı MNM” ləqəbli Qarabağ atının RF-nın Ryazansk şəhərində təşkil olunacaq növbəti yarışda da iştirak etməsi nəzərdə tutulub.

Həmin kateqoriyadan