Qarabağ atları Britaniya KİV-nin diqqətində

Londonda İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən tədbirdə Qarabağ atlarının nümayiş etdirdiyi möhtəşəm şou Böyük Britaniya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Allsport.az saytı xəbər verir ki. “The Times” qəzetinin 12 may tarixli nömrəsinin bir səhifəsi Qarabağ atlarına həsr edilib. Qarabağ atının və milli geyimdəki rəqqasımızn fotosu qəzetin səhifəsində yerləşdirilib.

“The Times”da dərc olunan məqalədə 1956-cı ildə Kraliçaya hədiyyə olunan Qarabağ atı barədə məlumat verilir, tədbir üçün ən uzaq məsafədən gətirilən atların məhz Azərbaycanın milli cinsləri olduğu vurğulanır.

Britaniyanın nüfuzlu televiziya kanalı ITV-nin “Good Morning London” verilişində Qarabağ atları, eyni zamanda, süvarilərimiz və rəqs ansamblının üzvləri ilə canlı yayım təşkil edilib.
BBC kanalının səhər proqramında da eyni mövzuda verilişin hazırlanması üçün nümayəndə heyətimizə müraciət daxil olub.

Həmin kateqoriyadan