Qarabağ atları ilə bağlı yeni filmlər təqdim olunacaq

Dekabrın 23-də, saat 15:00-da “Park İnn” otelinin “Dan ulduzu” zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni işlərin – “Ağdam virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ Atı” animasiya filmlərinin, AMEA Arxeologiya və Etnoqrafiya institutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”- nin təqdimat mərasimi keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonunun tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Ağdam rayonuna virtual səyahətə çıxır.

Tarixi təhriflərin qarşısının alınması məqsədi ilə Azərbaycan Xalq şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeri əsasında çəkilən digər,“Qarabağ Atı” animasiya filminin məqsədi gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyyəsinə tövhə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır.

“Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsində əss səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır.

Layihələr haqqında geniş məlumat və canlı baxış təqdimat mərasimində olacaq. (AGİN mətbuat xidməti)

Həmin kateqoriyadan