Qarabağ atları London olimpiya əyləncəsində

19-23 dekabrda ARAF-ın təşkilatçılığı ilə Qarabağ atları Londonda olimpiya atçılıq şousunda məharətini göstərəsəklər. Allsport.az saytı xəbər verir ki, tədbir üçün hazırlanan nümayiş “Odlar yurdu Azərbaycan və Qarabağ atı” kimi tanınır. Nümunəvi çıxışda 12 at və çaparlar olacaq. Məqsəd Azərbaycanın mədəni irsini qlobal auditoriyaya çatdırmaqdır.

Zəngin mədəniyyət əsrlərboyu Azərbaycan xalqının qəhrəmanlığını, cəsarətini və qorxmazlığını nümayiş etdirən milli rəqs və musiqimizin müşayiəti altında Qarabağ atlarının gücünü və möhtəşəm bacarıqlarını əks etdirən şou ilə nümayiş olunacaq.

Xatırladaq ki, Qarabağ atları dünyanın bütün ölkələrində xüsusi cins kimi tanınır. Atlar mayın 10-13-də kral Vindzor at şousunun 75-illik yubileyində və Britaniya kraliçası 2-ci Elizabetin doğum gününə həsr olunmuş tədbirlərdə çıxış edib.

Həmin kateqoriyadan