“Qarabağ” – “Atletiko”: 20 min bilet satılıb

Oktyabrın 18-də “Qarabağ”  çempionlar liqasının qrupunun 3-cü turunda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşmaya bilet satışı davam edir. Artıq 20 min tamaşaçı stadiona gəlmək istəyini bildirib:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
Məhəmməd Əmin Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edərək birbaşa biletləri əldə edə bilərlər. Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir. Bu komandalar arasında görüş Bakı olimpiya stadionunda saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan