“Qarabağ” – “Atletiko” matçına bilet satışı başlayıb

“Qarabağ” oktyabrın 18-də çempionlar liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində İspaniyanın “Atletiko” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, artıq bu qarşılaşmanın biletləri satışa çıxarılıb. Azarkeşlər qeyd olunan satış məntəqələrinə yaxınlaşmaqla, şəxsiyyət vəsiqəsi ilə birbaşa oyuna getmək istəklərini bildirə bilərlər.

Onlayn bilet əldə etmək istəyən azarkeşlər isə iticket.az saytından vauçerləri alaraq, daha sonra satış məntəqələrində vauçerləri biletlərlə dəyişməlidir. Bu komandalar arasında matç oktyabrın 18-də Bakı olimpiya stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Satış məntəqələri:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (“Qarabağ” Fan-şop)
Məhəmməd Əmin Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Həmin kateqoriyadan