“Qarabağ” Avroliqanın qrup mərhələlərində 2-ci qələbəsini PAOK üzərində qazandı

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, “J” qrupunda yer alan “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubu ilə qarşılaşıb.

Azərbaycan çempionu evdə inamlı təsir bağışlayıb, rəqibi dain basqı altinda saxlayıb sonda istəyinə nail olub; ellinlərin qapısından 2 cavabsız top keçirib. Hər 2 qol 2-ci hissədə vurulub. Dani Kintana (56) və Rahid Əmirquliyev (87) fərqləniblər. Bu, “Qarabağ”ın Avroliqanın qrup mərhələsində 2-ci sevincidir. İlk qələbə ötən mövsüm Ukraynada yerli “Dnepr” üzərində idi.

Bu qrupun digər oyununda İtaliyanın “Fiorentina” klubu səfərdə Çex Respublikasının “Slovan” (Liberec) komandasına 3:1 hesabıyla qalib gəlib.

Həmin kateqoriyadan