“Qarabağ” Avropa Klublar Birliyini paytaxta toplayıb

Bu gün paytaxtda Avropa Klublar Birliyinin regional iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” klubunun təşəbbüsü ilə Azərbaycan paytaxtında baş tutan iclasda Türkiyə (“Beşikdaş”, “Fənərbağça”, “Başakşəhər”), İsrail (“Makkabi”, Hayfa, “Makkabi”, Tel-Əviv) və MDB ölkələrinin (“Zenit”, “Zimbru”, “Daçia”, “Dinamo” (Minsk), SSKA (Moskva), “Jalgiris”, həmçinin “Neftçi”, “Qəbələ” və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. 

Toplantıda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. “Qarabağ”ın baş meneceri Asif Əsgərov UCA-nın işçi qrupunun büro üzvüdür.

Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.

Həmin kateqoriyadan