“Qarabağ” Avstriyada ilk məşqinə çıxıb

Dünən Avstriyaya yollanan “Qarabağ” təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib.

Allsport.az saytı xəbər verir ki, günün ilk məşqi yerli vaxtla saat 12:30-da start götürüb. Futbolçular fitnes zalında yüngül hərəkətlərdən sonra meydançada hazırlıqları davam etdirib.

İki qrup halında məşq edən futbolçular daha çox fiziki hazırlıqla kifayətlənib. Hazırlıq təxminən 1 saat 40 dəqiqə davam edib.

Günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) başlayıb.

Həmin kateqoriyadan