“Qarabağ” Avstriyada səhər məşqinə çıxıb

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu 9-cu gününü tək məşqlə tamamlayıb. Allsport.az saytı xəbər verir ki, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən hazırlıq meydanda baş tutub və təxminən 90 dəqiqə davam edib.

Bir gün öncə Bolqarıstanın ÇSKA klubu ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, komandanın digər üzvləri isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb.

İki futbolçu – Riçard Almeyda və Dani Kintana isə fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib.  Qeyd edək ki, bu gün Ağdam təmsilçisinin 2 məşqə çıxması nəzərdə tutulub. Komanda artıq səhər çalışmasını başa vurub.

Həmin kateqoriyadan