“Qarabağ” Avstriyaya yollanıb

Azərbaycanı çempionlar liqasında təmsil edəcək “Qarabağ” hazırlığın 2-ci mərhələsini keçirmək üçün Avstriyaya yollanıb. Allsport.az saytı xəbər verir ki, 7-qat ölkə çempionu əvvəlcə Bakı – İstanbul – Münhen reysindən istifadə edəcək, oradan isə Avstriyaya gedəcək.

“Köhlən atlılar” 2-həftəlik toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. İyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Krayova”, 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çex Respublikasının “Viktoriya” komandası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan