“Qarabağ” azarkeşlərə nəyi xəbərdar edib?

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” və “Göteborq” (İsveç) klubları arasında keçiriləcək cavab matçının bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu bilet satışında ənənəvi problemlərin yaşanmaması üçün azarkeşlərə müraciət ünvanlayıb:

“Azarkeşlərimizdən xahiş olunur ki, Respublika stadionunun kassalarından bilet alarkən kassaların ətrafında gəzən insanların sizlərə əlavə bilet almağınızı bildirərsə, buna əməl etməyin.

Məsələn, sizə yaxınlaşaraq sizdən onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı deyəcəkər, həmin şəxslər “qara bazar”ın nümayəndələridir, onların istəyini qəbul etməyin. Əks təqdirdə biletlər “qara bazar”a ötürülür, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur”.

Həmin kateqoriyadan