“Qarabağ” azarkeşlər üçün Bakı Metropoliteninə müraciət edib

“Qarabağ” Avropa liqasının “E” qrupunun 5-ci turunda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.

Allsport.az saytı xəbər verir ki, oyunun gec başa çatacağını nəzərə alan rəhbərlik azarkeşlərin rahat şəkildə ünvanlarına çatması üçün, metronun bir saat daha gec – saat 01:00-da bağlanması üçün Bakı Metropoliteninə müraciət edib.

Metropoliten rəhbərliyinin bu müraciətə hələ cavab verməyib. Bu komandaların görüşü noyabrın 29-da Bakı olimpiya stadionunda saat 21:55-də start götürəcək.

Həmin kateqoriyadan