“Qarabağ” Belfasta yollandı

Avropa liqasının pley-ofunda “Linfild”lə oynamaq üçün “Qarabağ” Şimali İrlandiyaya yola düşüb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu Şimali İrlandiya paytaxtına çarter reysi ilə yollanıb.

6 saata yaxın yol qət edəcək Azərbaycan çempionu cəzalı durumda olan Riçard Almeyda ilə Rahil Məmmədovu, həmçinin zədəli olan Bədavi Hüseynovla Filip Ozobiçi səfərə aparmayıb. Əvəzində, klubun vitse-prezidenti Tahir Gözəl komanda ilə birgə Belfasta gedib.

Avqustun 22-də görüş saat 22:30-da başlayacaq.

Həmin kateqoriyadan