FOTO
“Qarabağ” bilet satışında kimlərə güzəşt edir?

Azərbaycan çempionu “Qarabağ”la Fransa “Monako”su arasında keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup məhələsinin 4-cü turu çərçivəsində Fransa təmsilçisini qəbul edəcək Ağdam klubu doğma divarlar arasında ikinci oyununa çıxacaq.

Biletlər isə bu gün səhər saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılıb. Biletlər nömrəli sektorlar üzrə 1, 2, 3, 5, 10 və 20 AZN-dir. VİP 50 AZN-dir.

“Qarabağ” klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə, kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.

Yeri gəlmişkən qeyd edək ki, VİP bilet alanlar, qadınlar və 65 yaşdan yuxarı insanlar növbədən kənar bilet almaq hüququna malikdirlər.

Həmin kateqoriyadan