“Qarabağ” birinci divizion klubu üzərində qələbəyə sevindi

“Qarabağ” yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Premyer Liqada “Bakı”yla fevralın 7-də baş tutan qarşılaşmanın ertəsi “Zirə” ilə görüş baş tutub.

“Bayıl Arena”da baş tutan qarşılaşmaya “Bakı”yla oyunda meydana çıxmayan və meydanda az olanlar çıxıb. Baş məşqçi Qurban Qurbanov start heyətdə aşağıdakı futbolçulara yer verib: Fərhad Vəliyev, Admir Teli, İlqar Qurbanov, Şəhriyar Əliyev, Tərlah Quliyev, Namiq Yusifov, Hacı Əhmədov, Danilo Dias, Namiq Ələsgərov, Cavid Tağıyev, Tural Rzayev.

İlk yarıda Namiq Ələsgərov penaltiylə hesabı açıb. Elə ilk hissə də bu hesabla başa çatıb. 2-ci hissədə ağdamlıların heyətində bir neçə gənc meydana daxil olub. Düzdür, “Zirə” Çumakadze ilə hesabı bərabərləşdirsə də, 87-ci dəqiqədə oyuna sonrada daxil olan 16 yaşlı Ruslan Hacıyev “Qarabağ”a 2:1-lik qələbə qazandırıb.

Həmin kateqoriyadan