“Qarabağ” Bundesliqa klubu ilə heç-heçə edib

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu yerli “Vakker İnsbruk”la qarşılaşıb.

Bu matçda qapılara qol vurulmayıb. Son mövsümdə 1-ci divizionun qalibi olan rəqin elitaya vəsiqə qazanıb. “Köhlən atlılar” ilk sınaq görüşündə “Ludoqorets”lə (Bolqarıstan) 1:1 etmişdi.

Həmin kateqoriyadan