“Qarabağ” cavab matçında da “İnter”ə gəldi

Azərbaycan kubokunda 1/2 final mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu yarışda mübarizəni davam etdirən komandalar cavab yarımfinal oyunlarına çıxıblar.

Yarımfinalın digər cütündə “Qarabağ” səfərdə 4 cavabsız qolla məğlub etdiyi “İnter”lə üz-üzə gəlib. Masazırda baş tutan görüşdə yenə Ağdam klubu qalib gəlib – 1:0.

Bununla da ötən rəqabətdə olduğu kimi, cari mövsümün sonunda da “Qarabağ” və “Neftçi”nin iştirakı ilə keçiriləcək finala tamaşa edəcəyik. Azərbaycan kuboku uğrunda həlledici oyun 25 mayda reallaşacaq.

Həmin kateqoriyadan