“Qarabağ” flaqmanla oyuna itkilərlə hazırılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Qarabağ” istirahətdədir. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu sentyabrın 6-da istirahətdən qayıdacaq.

“Köhlən atlılar” həmin gündən bir araya gələcək. Yığmalara çağırılanlar və zədəlilər məşqçilər heyətinin ixtiyarında olmayacaq. Komanda 4-cü tur çərçivəsində “Neftçi” ilə oyuna hazırlaşacaq.

Mərkəzi görüş sentyabrın 15-də Tofiq Bəhramov adına respublika stadionunda olacaq.

Həmin kateqoriyadan