“Qarabağ” – “Göteborq” görüşünə 10 000 bilet satılıb

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” və “Göteborq” (İsveç) klubları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir. Allsport.az saytı xəbər verir k, artıq 10 000 futbolsevər bu görüşə gələcəyini rəsmiləşdirib.

Qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu 31200 azarkeş tutumuna malikdir. Oyunun başlamasına qədər mərkəzi idman qurgusunun tam dolacağı ehtimal edilir.

Xatırladaq ki, bu matç sabah keçiriləcək və saat 20:30-da başlayacaq. İlk mübarizədə Ağdam klubu 0:1 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan