“Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı klubları sırasında

Keçmiş SSRİ-nin ən yaxşı klublarının siyahısı dərc edilib. Allsport.az saytı xəbər verir ki, postsovet məkanı təmsilçilərinin UEFA reytinqinə uyğun tərtib olunan cədvəldə Azərbaycan komandası da yer alıb. “Qarabağ” MDB və Baltikyanı ölkələrin klubları arasında 8-cidir.

Qurban Qurbanovun futbolçuları Moskva “Lokomotiv”i və BATE ilə bu mövqeyə şərikdir. Hər 3 komandanın hesabında 20,500 xal var. Siyahıya Ukrayna “Şaxtyor”u başçılıq edir. Donetsk klubunun 81 xalı var. Rusiya “Zenit”i 2-ci, Kiyev “Dinamo”su 3-cüdür.

Apasport.az-in məlumatına görə, postsovet məkanının 10 ən yaxşısı arasında yalnız 5 ölkənin təmsilçisi düşüb. Rusiya 4, Ukrayna 3, Belarus, Qazaxıstan və Azərbaycanın 1 komandası “onluq”da yer alıblar.

Həmin kateqoriyadan