“Qarabağ” – “Keşlə” görüşünün vaxtını dəyişdirilib

Topaz premyer liqasının 13-cü turun cədvəlində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki,  “Qarabağ”ın “Keşlə” ilə ev oyununun vaxtı dəyişdirilib. Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib.

PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Görüş bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.

Bildirilir ki, dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.

Həmin kateqoriyadan