AVROLİQA
“Qarabağ” Kiyevdən qələbə ilə dönür

Avroliqanın qrup mərhələsinin 3-cü turunda növbəti oyunlar keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizin yeganə təmsilçisi “Qarabağ” klubu Ukraynada “Dnepr”lə qarşılaşıb. Kiyevin Olimpiya Milli İdman Kompleksinin stadionunda baş tutmuş görüşün taleyini yeganə qol həll edib.

İlk kəsərli hücumunu qola çevirən Ağdam komandası “F” qrupunda 2-ci sıraya yüksəlib. Bizdən 21-ci dəqiqədə Müarəm Müarəm fərqlənib. Bu qələbə ilə “Qarabağ” Azərbaycan futbolunda tarix yazıb – Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa liqasının qrup mərhələsində qələbə qazanan ilk klub olub.

Digər matçda Milan “İnter”i evdə Fransanın köklü komandalarından sayılan “Sent-Etyen”in müqavimətini qıra bilməyib (0:0).

 

Həmin kateqoriyadan